Moskva prospektilə “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılıb.
Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 28-29 aprel tarixlərində "20 Yanvar" dairəsindən “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, alternativ olaraq sürücülər Ziya Bünyadov pr-ti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov pr-ti - 3-cü mkrn dairəsi - Tbilisi pr-ti və ya Ziya Bünyadov pr-ti - 20 Yanvar dairəsi - Müzəffər Həsənov küç. - Alatava istiqamətlərindən istifadə edə bilərlər. Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyir.