Modern.az

Azərbaycanda koronavirusdan ümumilikdə 1221 nəfər sağalıb

Azərbaycanda koronavirusdan ümumilikdə 1221 nəfər sağalıb

Aktual

28 Aprel 2020, 17:05

Hazırkı dövrədək ölkəmizdə 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, onlardan 1221 nəfər müalicə olunaraq sağalıb:

“22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Rəsmi məlumata görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132.640 test aparılıb.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada