Modern.az

Bakıda oğurluğa cəhdin qarşısı alınıb

Bakıda oğurluğa cəhdin qarşısı alınıb

Aktual

28 Aprel 2020, 19:13

Oğurluğa cəhd göstərən Yevlax rayon sakini X.Mustafayev saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 27-də saat 5 radələrində Xətai rayonu ərazisindəki apteklərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib, oradan oğurluğa cəhd göstərən Yevlax rayon sakini X.Mustafayev saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.

 

Araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!