Türkiyədəki diplomatik mənbələrindən Modern.az saytına verilən məlumata görə, mayın sonu, iyunun əvvəlindən etibarən bu ölkədən xaricə uçuşlara start veriləcək.
Bununla da Türk Hava Yolları ölkələrarası uçuşları bərpa edəcək.
Diplomatların müxtəlif beynəlxalq tədbirlərə qatılacağı gözlənilir.
Artıq bununla bağlı razılaşma əldə edildiyi də bildirilir. Hətta uçuşların bərpa ediləcəyi ölkələr arasında Azərbaycanın da yer aldığı vurğulanır.
Qeyd edək ki, Azərbaycan və Türkiyə Prezidentləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hər iki ölkə vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.