Modern.az

Azərbaycanda 260 məhkum şərti azadlığa buraxılıb - RƏSMİ

Azərbaycanda 260 məhkum şərti azadlığa buraxılıb - RƏSMİ

Aktual

30 Aprel 2020, 16:40

“Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azad olunub. Həmçinin 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

 

Onun sözlərinə görə, koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib.

 

A.Sabitova qeyd edib ki, pandemiya dövründə vətəndaşlarla görüşlər dayandırılıb və məhkumlar tibbi avadanlıqlarla təmin olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada