Modern.az

Bu şəxslər barəsində cinayət işi BAŞLANDI

Bu şəxslər barəsində cinayət işi BAŞLANDI

Aktual

30 Aprel 2020, 17:07

“Xüsusi karantin qaydalarından sui-istifadə edərək aliment ödəmək istəməyən borclu şəxslər var. Bu il alimenti ödəməyən 38 şəxs barəsində cinayət işi başlanıb".

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin Baş İcra İdaərsinin rəis müavini Fərid Əfəndiyev deyib.

 

O qeyd edib ki, ölkədə tətbiq edilən karantin rejimini bəhanə edən şəxslər alimenti ödəməkdən boyun qaçırır:

 

“Bununla bağlı Ədliyyə Nazirliyinin İcra Baş idarəsi bir sıra tədbirlər görür. Məhkəmə icraçıları bu istiqamətdə tədbirlər görür. Aliment ödəməyən şəxslərə bildirişlər göndərilir, polis vasitəsilə həmin şəxslər müəyyən edilərək gətirilirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada