“Vətəndaşlara yalnız təxirəslınmaz hallarda ədliyyə orqanlarına müraciət etmələri, digər hallarda elektron müraciət etmələri tövsiyə olunur”.
Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova bildirib.
O qeyd edib ki, qeydiyyat şöbələrinə bilvasitə gəlmiş şəxslərin sosial izolyasiya qaydalarına riayət edərək, bu xidmətlərdən yararlanması təmin olunur:
“27 apreldən etibarən bəzi qurumlar öz fəaliyyətlərini bərpa ediblər. Ədliyyə Nazirliyinin işçiləri “ASAN xidmət” mərkəzlərində öz fəaliyyətlərini bərpa ediblər.
Nikahın qeydə alınması karantin dövrünə təsadüf edir. Onların nikahlarının qeydiyyatı zamanı lazımi köməklik göstəriləcək.
1 ay müddətində doğum qeydə alınmalıdır. Doğum qeydə alınmadığı halda valideynlər ya xəbərdalırq, ya da 10 manat məbləğində cərimlənirlər. Həmçinin, karantin dövrü nəzərə alınaraq, bu məsələ ilə bağlı da vətəndaşlara güzəşt tətbiq ediləcək”.