Modern.az

Karantin qaydalarını pozan daha 735 sürücü cərimələnib

Karantin qaydalarını pozan daha 735 sürücü cərimələnib

Aktual

1 May 2020, 10:20

Karantin rejimi qaydalarını pozan daha 735 sürücü saxlanılıb.

 

BDYPİ-dən Modern.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada