Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
Modern.az-ın məlumatına görə, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirlib, aşağı hədd isə dəyişməz saxlanılıb.
Qeyd edək ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 19 iyun tarixində açıqlanacaq.