“Ölkənin tədiyə balansı üzrə proqnozu dəyişib. Əhəmiyyətli ixrac gəlirləri itirəcəyik, idxal da azalacaq”.
Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri E.Rüstəmov qeyd edib. O deyib ki, istehlak tələbinin daralması idxalı da azaldacaq:
“Müxtəlif ssenarilərmiz var. İndiki vəziyyətdə beynəlxalq təşkilatların neft proqnozu var. Tədiyə balansında defisit yaranıb. Son rəqəmlərə əsasən, bu, ÜDM-in 3%-i ətrafındadır ki, bu da kifayət qədər strateji valyuta ehtiyatı olan ölkə üçün təhlükəli səviyyə deyil”.
AMB sədri valyuta axınının qarşısını almaqla bağlı heç bir tapşırıq olmadığını diqqətə çatdırıb:
“AMB kommersiya banklarına tövsiyə edib ki, ölkə üçün sosial əhəmiyyətli məhsulların idxalının dəstəklənməsinə üstünlük versinlər. Bunlar əsasən tibbi vasitələr və qidadır. Amma valyuta axınının qarşısını almaqla bağlı heç bir tapşırıq yoxdur. Təsəvvür edin, kimsə zinət əşyası gətirir. Təbii ki, bu, dərmandan və ətdən vacib deyil”.