Modern.az

Vətəndaşlar bank seçərkən düzgün addım atmırlar - RƏSMİ

Vətəndaşlar bank seçərkən düzgün addım atmırlar - RƏSMİ

Aktual

1 May 2020, 13:13

“Vətəndaşlar bank seçərkən düzgün addım atmırlar. Çox vaxt “dostumun-tanışımın çalışdığı bank”a üstünlük verirlər”.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, vətəndaşlar seçim edərkən diqqətli olmalıdırlar:

“Mən çoxillik təcrübəmə əsasən deyirəm ki, insanlar bank seçərkən tələsirlər. Müştərilər hesab açarkən banklara qarşı tələbkar olmalıdır. İndiki məqamda bağlanan banklarda əmanətlər, müəssisə, sahibkarların gəlirləri var, əməkdaşlarının maaşını verə bilmirlər. Yeni ayın əvvəlindəyik, maaş vaxtıdır və biz bu ağırını öz ağrımız kimi duyuruq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada