Modern.az

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Aktual

1 May 2020, 13:23

Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, gecəyə doğru  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz  18-22° isti, Bakıda gecə 11-13° isti, gündüz  19-21° isti olacaq.

 

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil ecdəcək. 

 

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq.  

 

Tibbi-meteoroloji proqnoz:

 

Mayın 2-də Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-13° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15° isti olacaq. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada