“Atabank” ASC və “Amrahbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, bu qərar Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atabank” ASC və 30 iyul 2007-ci il tarixdə 26 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Amrahbank” ASC 1 may 2020-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq verilib.