“Bu günə qədər Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 150 minə yaxın test həyata keçirilib”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramov bildirib.
R.Bayramov qeyd edib ki, ölkəmizdəki laborator müyainələr davam etdirilir:
“Erkən müalicəyə cəlb edilmə nəticəsində xəstəliyə yoluxanların sayında azalma nəzərə çarpır. Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb və sabahdan etibarən plazmalar alınaraq pasportlaşdırılacaq.
Həftə ərzində xəstələrlə əlaqədar müalicə fəaliyyəti davam etdirilib. Fədakar həkimlərin təcrübəsi sayəsində xəstə pasiyentləri vaxtında müəyyən etmək üçün bütün imkanlarımız var. Erkən diaqnoz isə süni nəfər aparatına qoşulanların sayının azalmasına gətirib çıxarır”.