“Ötən iki həftədə yoluxma faktlarında azalma qeydə alınıb. Aprelin 27-dən sonra isə yoluxanların sayının artması müşahidə olundu. Mayın 1-də yenə neqativ tendensiya müşahidə edildi”.
Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, iki zidd tendensiya müşahidə olunur:
“Amma həkimlərimizin fədakarlığının hesabına vəziyyət nəzarət altındadır”.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, 27 apreldən sonra Gəncə və Lənkəranda yoluxma sayının artması respublika üzrə ümumi statistikaya mənfi təsir edib.
R.Bayramlı qeyd edib ki, həmçinin yumşaldılma ilə verilən qərarlara cidd əməl olunmalıdır.
O həmçinin deyib ki, bu günə qədər 11 minə yaxın vətəndaş hava nəqliyyatı vasitəsilə ölkəyə daxil olub:
“Onların da hamısı karantin müəssisələrində nəzarətə götürülüb”.