Modern.az

Həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir - TƏBİB sədri

Həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir - TƏBİB sədri

Aktual

1 May 2020, 17:33

Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir.

 

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

 

Onun sözlərinə görə, amma aprelin 27-dən sonrakı həftə ərzində karantin rejiminin yumşaldılması ilə əlaqədar yolxuma sayının azalmasında da bir azalma müşahidə edilir. Bu da onu göstərir ki, biz hər cür ssenariyə hazır olmayaq:

 

"İndiyədək Azərbaycanda 1 854 nəfər koronavirusa yoluxub, 25 nəfər isə dünyasını dəyişib. Hazırda 464 nəfər aktiv xəstə Bakıda və regionlarda ayrılmış xüsusi xəstəxanalarda müalicəsini davam etdirir. Onların 20-si reanimasiyadır ki, bu xəstələrdən 8-i süni tənəffüs aparatına qoşulub".

 

R.Bayramlı bildirib ki, ölkə üzrə yoluxma hallarının təxminən 50 faizi Bakının payına düşür. Yoluxma hallarının 22 faizi 50-59 yaşlı insanlar arasında qeydə alınır. Yoluxma halları daha çox qadınlar arasında müşahidə edilir.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada