Yaxın dövrdə koronavirusun konkret dərmanının tapılacağı real görünmür.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R.Bayramlı qeyd edib ki, virus təhlükəsi bir müddət tam olaraq bizi tərk etməyəcək:
“Buna görə də vətəndaşlar gigiyenik qaydalara ciddi əməl etməlidirlər. Bunun üçün qaydalar müəyyənləşəcək və buna əməl edilməsi məcburi xarakter alacaq. Karantin qaydaları aradan qadırılsa belə, hər kəs öz sağlamlığı üçün zəruri sosial davranışlara riayət etməlidir”.