Modern.az

Karantindən çıxmaqla bağlı 6 metodik qayda hazırlanır

Karantindən çıxmaqla bağlı 6 metodik qayda hazırlanır

Aktual

1 May 2020, 18:10

"Karantindən müvafiq qaydalara əsasən çıxmaqla bağlı 6 metodik qayda hazırlanıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildrib.

 

R.Bayramlı qeyd edib ki, karantindən çıxdıqca həmin iş sahələri üzrə müvafiq qaydalara əməl olunmalıdır:

 

“Bu məqsədlə Operativ Qərargah tərəfindən metodik göstərişlər olacaq. Hazırda 6 metodik göstəriş var. Burda vətəndaş qəbulu keçirən qurumlar, ictimai nəqliyyatda davranışlar, qida məhsulları ticarəti ilə məşğul olan müəssisələr, turizm və otelçilik sektoru, ictimai iaşə müəssisələri, eyni zamanda müxtəlif ticarət və xidmət sahələri üçün əks epidemik tədbirlər metodik vəsaitdə əksini tapacaq. Metodik vəsaitlər təsdiq üçün üst qurumlara göndərilib”.

 

TƏBİB rəsmisinin sözlərinə görə, metodik göstərişlər sabahdan etibarən koronavirusinfo.az saytında yerləşdiriləcək:

 

“Bunlar müvafiq sektorlara ünvanlanacaq. Qaydaların icrası həyata keçirilməlidir. Həm iş yerləri, müəssisələr, həmçinin vətəndaşlar bu qaydalara ciddi əməl etməlidir".

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada