Modern.az

İngiltərədə futbol matçlarının vaxtı azaldıla bilər

İngiltərədə futbol matçlarının vaxtı azaldıla bilər

Aktual

5 May 2020, 18:39

"Futbol matçlarının vaxtının azaldılması ilə bağlı təklif almışıq. Hazırda bu məsələ müzakirə edilir".

 

Modern.az “gazeta.ru”ya istinadla xəbər verir ki, bunu Peşəkar Futbolçular Assosiasiyasının (PFA) prezidenti Qordon Teylor deyib.

 

“Gələcəyi proqnozlaşdıra bilmərik, amma müxtəlif təklifləri nəzərdən keçiririk. Onlardan biri də oyunlarda çoxlu əvəzləmələr və qarşılaşmada vaxtın azaldılmasıdır. Bu məsələlərlə bağlı düzgün qərar qəbul etmək istəyirik”, - deyə Q.Taylor bildirib.

 

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!