Modern.az

SEPAH-ın daha bir generalı öldürüldü

SEPAH-ın daha bir generalı öldürüldü

Aktual

5 May 2020, 18:50

İranda İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 1 zabiti və iki əməkdaşı öldürülüb. 

 

Modern.az xəbər verir ki, hadisə bu gün Kürdüstan əyalətinin Divandərə bölgəsində qeydə alınıb.

 

SEPAH qüvvələri ilə silahlı qruplaşma üzvləri arasında atışma olub.

Nəticədə SEPAH-ın Kürdüstan əyalətinin Beytül-Müqəddəs qərargahının komandiri, general Şəkiba Səlimi və təşkilatın daha iki üzvü - Cəfər Nizampur və Məhəmməd Şəkərin ölüb.

 

Məlumatda qeyd olunur ki, silahlı qruplaşma üzvlərindən də bir neçə nəfər öldürülüb və həbs olunanlar var (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV