Modern.az

“Fənərbağça” məşqləri bərpa etdi

“Fənərbağça” məşqləri bərpa etdi

Aktual

5 May 2020, 19:30

Türkiyənin aparıcı klublarından olan "Fənərbağça" məşqlərini bərpa edib.

 

Modern.az xəbər verir ki, heyətin üzvləri karantin rejimində 45 günlük məcburi istirahətdən sonra superliqanın qalan oyunlarına hazırlığı öz təlim-məşq bazasında davam etdirməyə başlayıb. Sosial təcrid məsafəsi və təhlükəsizlik qaydalarına ciddi riayət edən komanda ilk məşqləri 4 nəfərlik qruplar şəklində keçirib.

 

Hazırlıq prosesinə "Fənərbağça"nın sabiq qapıçısı Volkan Dəmirəl, habelə dörd ildən sonra yenidən komandaya qayıdan yarımmüdafiəçi Emre Belözoğlu rəhbərlik edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!