“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib.
Modern.az xəbər verir ki, bu barədə ADY-nin sədri Cavid Qurbanov bu gün qurumda onun rəhbərliyi ilə keçirilən videokonfrans şəklində kollegiya iclasında bildirib.
Cavid Qurbanov bildirib ki, bu il daha 9 lokomotivin ölkəyə çatdırılması nəzərdə tutulur: "Eyni zamanda 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib".