UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov Moskva xəstəxanasına köçürülüb.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, mayın 3-də vəziyyəti pisləşən Ə.Nurməhəmmədov müalicəsini Moskvada davam etdirəcək. 57 yaşlı məşqçinin hazırda ürək problemi olduğu bildirilir.
Qeyd edək ki, ötən ay koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Əbdülmanap Nurməhəmmədova pnevmoniya diaqnozu qoyulmuşdu.