Modern.az

“Real”ın sabiq vitse-prezidenti koronovirusdan öldü

“Real”ın sabiq vitse-prezidenti koronovirusdan öldü

Aktual

5 May 2020, 23:09

İspaniyanın “Real” klubunun sabiq vitse-prezidenti Amador Suares koronovirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytında məlumat yayılıb.

40 gün bu xəstəliklə mübarizə aparan Suares 76 yaşında dünyasını dəyişib. 2006-cı ildə klubun direktoru təyin olunan funksioner bir il sonra vitse-prezident olub. Suares bu postda 2 il qalıb.

Qeyd edək ki, iki ay əvvəl klubun sabiq prezidenti Lorenso Sans da koronovirusdan ölüb. 1995-2000-ci illərdə kluba rəhbərlik edən bu şəxs də 76 yaşında vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV