İtkin düşən Ağstafa rayon sakinləri tapılıb.
Modern.az “Report”a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və onun qızı 4 yaşlı Nurayın Gəncə şəhərində olduqları məlum olub.
Məlumata görə, Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Aişə Qurbanova və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedib və bir daha geri qayıtmayıblar.
Qeyd edək ki, onlar aprelin 25-də evdən Tovuz rayonuna getmək adı ilə çıxıb və geri qayıtmayıblar.