Modern.az

Alimlərdən iddia: Koronavirus şizofreniyaya yol aça bilir

Alimlərdən iddia: Koronavirus şizofreniyaya yol aça bilir

Aktual

6 May 2020, 08:55

ABŞ-ın San-Dieqo şəhərində yerləşən Kaliforniya universitetinin mütəxəssisləri bu qənaətə gəliblər ki, koronavirus mərkəzi sinir sistemini zədələmək gücünə sahibdir.

 

Modern.az xarici mətbuata istinadəb xəbər verir ki, koronavirusa yoluxan hamilə qadınların uşaqlarında şizofreniya kimi psixoloji problemlər yarana bilər.

 

Onlar ana bətnində xəstəliyə yoluxan körpələrin müşahidə edilməsinin vacibliyini vurğulayırlar.

 

“Bəzən ağır infeksiya zamanı pasiyentlərdə hallüsinasiya, illüziya kimi iti və davamlı psixotik simptomlar müşahidə edilir. Xəstənin vəziyyəti yaxşılaşdıqda bu simptolar yox olur. Lakin infeksiya mərkəzi sinir sistemini zədələdikdə onlar qalır”, - deyə alimlər qeyd edir.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?