Qazaxıstan sərhədçiləri tərəfindən öldürülmüş Azərbaycan vətəndaşı Qəhrəman brahimovun meyiti ailəsinə təhvil verilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 6 may 2020-ci il tarixdə Xəzər dənizinin mərkəzi istiqamətində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib. Meyit həmin gün mərhumun ailəsinə təhvil verilib.