Modern.az

İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu

Aktual

6 May 2020, 12:42

İranın qərbində yerləşən Lorestan vilayətinin Firuzabad rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az-a məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

 

Zəlzələ yerli vaxtla saat 12:37-də 7 km dərinlikdə qeydə alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

 

Yeraltı təkanlar Firuzabad rayonunun 16 kilometrliyi, Ələştər rayonunun 21 kilometrliyi və Sərab şəhərinin 21 kilometrliyində baş verib.

 

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV