Modern.az

Almaniyada məhdudiyyətlər iyunadək uzadılıb

Almaniyada məhdudiyyətlər iyunadək uzadılıb

Aktual

6 May 2020, 18:15

Almaniyada koronavirus pandemiyası ilə əlaqədar sosial məsafə məhdudiyyətləri iyunun 5-dək uzadılıb.

 

Modern.az-ın məlumatına görə, bunu kansler Angela Merkel mətbuat konfransında deyib.

O bildirib ki, bununla belə, karantin qaydaları yumşaldılacaq.

 

A.Merkel əlavə edib ki, Almaniya pandemiyanın birinci mərhələsini geridə qoyub.

Qeyd edək ki, bu günədək Almaniyada 167 mindən çox şəxs koronavirusa yoluxub, 7 minə yaxın xəstə həyatını itirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV