Modern.az

Bələdiyyə torpaqlarının müsabiqə və hərraclarının keçiriləcəyi TARİX

Bələdiyyə torpaqlarının müsabiqə və hərraclarının keçiriləcəyi TARİX

Aktual

6 May 2020, 18:53

Azərbaycanda Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda martın 29, aprelin 2, 9, 16 və 23-ü tarixlərində təxirə salınmış torpaq müsabiqə və hərraclarının mayın 14-də keçirilməsi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil ediləcək.

 

Modern.az-a bu barədə İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq tətbiq edilən bir sıra məhdudiyyətlərin mayın 4-dən yumşaldılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı nəzərə alınaraq qərar qəbul olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV