Türkiyədə son sutka ərzində daha 64 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 584 nəfərə çatıb:
"Bu gün ölkədə 30 303 şübhəli koronavirus testindən keçib, onlardan 2 253-nün cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 137 744 nəfərə çatıb. Müalicə olunan 4 917 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 78 202 nəfər koronavirusdan müalicə olunub".