Modern.az

Güclü külək Mingəçevirdə fəsadlara yol açdı

Güclü külək Mingəçevirdə fəsadlara yol açdı

Aktual

6 May 2020, 23:35

Yağışla müşayiət olunan qısamüddətli külək Mingəçevirdə bir sıra fəsadlara yol açıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, küləyin təsirindən şəhərin bir sıra istiqamətlərində bəzi ağaclar və ya ağacların iri budaqları sınaraq avtomobil və piyada yoluna düşüb.



M.P.Vaqif küçəsində gövdəsindən qopan ağac yolu kəsib. M.Maqomayev küçəsində kökü yerdən ayrılan iri çinar piyada və nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradıb. Ağac təsərrüfat qurumu tərəfindən ərazidən götürülüb.



Eyni zamanda, bir sıra istiqamətlərdə, o cümlədən Günəşli yaşayış massivi ərazisində elektrik enerjisinin ötürülməsində fasilələr yaranıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV