Modern.az

Bu ölkə futboldakı uğurlarını koronavirusla mübarizədə təkrarladı

Bu ölkə futboldakı uğurlarını koronavirusla mübarizədə təkrarladı

Aktual

7 May 2020, 00:13

İslandiya faktiki olaraq koronavirus pandemiyasını aradan qaldırıb.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların  97 faizi artıq sağalıb:

"İslandiyada 1 799 nəfərin COVID-19 testi müsbət olub, 1 750 nəfər isə yoluxmayıb. Təəssüf ki, xəstəlik on insanın həyatına son qoydu. İndi ölkədə koronavirus infeksiyasına 39 yoluxma var. Hazırda xəstəxanalarda müalicə alan 3 nəfərin də vəziyyəti normallaşır".


Qeyd edək ki, İslandiya hakimiyyəti bazar ertəsi planlaşdırıldığı kimi, hələ martın 16-da tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin ləğvinə başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV