Modern.az

Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa biləcək

Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa biləcək

Aktual

7 May 2020, 00:53

Türkiyədə yaşı 65-dən yuxarı olan insanlara küçəyə çıxma icazəsi verilir.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi 20 yaşa qədər və yaşı 65-dən yuxarı olan vətəndaşların küçəyə çıxması ilə əlaqədar göstəriş verilib.

Məlumata görə, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində məhdud saatlarda küçəyə çıxa bilən həmin vətəndaşlar müəyyənləşdirilmiş qaydalara əməl etməlidirlər.

Türkiyənin 81 vilayətinə göndərilən sənəddə qeyd olunub ki, yaşı 65-dən yuxarı olanlar və xroniki xəstəlikləri olan xəstələr (ehtiyac olduğu halda o xəstələrə baxanlar) 10 may bazar günü saat 11:00-15:00-da yaşadıqları ərazinin yaxınlığında maska ilə və sosial məsafəni gözləməklə gəzintiyə çıxa biləcək.

0-14 yaş qrupuna daxil olan uşaqlar 13 mayda, 15-20 yaş qrupuna daxil olan gənclər isə 15 mayda eyni şərtlər daxilində küçəyə çıxa biləcək.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV