Modern.az

Polşada prezident seçkiləri təxirə salındı

Polşada prezident seçkiləri təxirə salındı

Aktual

7 May 2020, 09:00

Polşada prezident seçkiləri mayın 10-u keçirilməyəcək.

 

Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Polşanın hakim "Qanun və ədalət" partiyasının lideri Yaroslav Kaçinski və onun koalisiya üzrə tərəfdaşı, "Razılıq" siyasi birliyinin rəhbəri Yaroslav Qovinin birgə bəyanatında deyilir.

 

Bəyanatda bildirilir: "Seymin sədri ən qısa müddətdə yeni prezident seçkilərinin mümkün tarixini açıqlayacaq".

 

Qeyd edilir ki, bu qərar "müxalifətin bu il prezident seçkilərini konstitusiyada müəyyən edilmiş tarixdə keçirilməsinə imkan verən bütün konstruktiv təklifləri qəbul etməkdən imtina etməsi ilə əlaqədar" qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV