Modern.az

Nazirlik sex sahibini cərimələdi

Nazirlik sex sahibini cərimələdi

Aktual

7 May 2020, 12:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət  tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.


Nazirlikdən Modern.az-a bildirlib ki, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən  plastik məmulatların istehsalı sexinə məxsus olduğu məlum olub. Faktla bağlı sexin sahibi Rahib Həsənov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, sexdə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə sexin sahibinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV