Modern.az

Deputat İkinci Dünya müharibəsi veteranını ziyarət etdi - FOTO

Deputat İkinci Dünya müharibəsi veteranını ziyarət etdi - FOTO

Aktual

7 May 2020, 15:36
İkinci Dünya müharibəsində qələbənin 75-ci ildönümü ərəfəsində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə birgə mayın 6-da rayonun Zeyvə kəndində yaşayan müharibə veteranı Misri Əsədovu ziyarət edib.

 

Modern.az xəbər verir ki, müharibə iştirakçısının ailə üzvlərinin iştirakı ilə keçən görüşdə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əhəmiyyətindən və Azərbaycanın bu qələbəyə verdiyi dəyərli töhfələrdən söz açılıb, Misri Əsədovun timsalında xalqımızın qəhrəman oğullarının keçdiyi döyüş yolu və göstərdikləri şücaət xatırlanıb. 

 

Görüşdə millət vəkili və icra başçısı tərəfindən ulu öndər Heydər Əliyevin  müharibə veteranlarına olan həssas münasibətinin hazırda  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və onların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu  xüsusi vurğulanıb.

 

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşlarının iştirakı ilə Misri Əsədova “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı, pul mükafatı və xatirə hədiyyələri təqdim edilib.

 

Misri Əsədov müharibə veteranlarına göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

 
 
 

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV