Modern.az

Avropa İttifaqı institutlarında məsafədən iş uzadıldı

Avropa İttifaqı institutlarında məsafədən iş uzadıldı

Aktual

7 May 2020, 18:13

Belçika, Lüksemburq və İtaliyada Avropa İttifaqı institutlarının əməkdaşları mayın 25-dək məsafədən işi davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi deyib.

 

O bildirib ki, həmin ölkələrdəki vəziyyət nəzərə alınaraq mövcud tədbirlərin, o cümlədən məsafədən işləmək mayın 25-dək uzadılacaq.

 

Komissiya rəsmisi, əlavə edib ki, bu günədək Avropa Komissiyasının 61 əməkdaşı koronavirusa yoluxub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!