Modern.az

215 vətəndaşımız Türkiyədən Azərbaycana yola salındı

215 vətəndaşımız Türkiyədən Azərbaycana yola salındı

Aktual

7 May 2020, 18:39

İstanbuldan “Azərbaycan Hava Yolları”nın (AZAL) iki çarter reysi ilə 215 vətəndaşımız Azərbaycana yola salınıb.

 

Modern.az-ın məlumatına görə, təxliyə olunanların bəziləri Antalya, İzmir, İzmit, Ankara və Karabük şəhərlərindən İstanbula gəliblər. Çarter reyslərlə 3-ü körpə olmaqla 215 vətəndaşımız ölkəmizə yola salınıb.

 

Bütün sərnişinlərin Azərbaycanda karantinə yerləşdiriləcəyi bildirilir.

 

Qeyd edək ki, bu günədək 10 çarter reysi ilə 2700-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV