Modern.az

Ali Məhkəmənin hakimləri and içdilər

Ali Məhkəmənin hakimləri and içdilər

Aktual

7 May 2020, 19:08

Mayın 7-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclası olub.

 

Modern.az Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi məhkəmə kollegiyalarının və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin yenidən təşkili ilə əlaqədar məsələ müzakirə olunub və qərar qəbul edilib.

 

Plenumun iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Bəhram Məmmədli və Bəhman Qəribov “Məhkəmələr və hakimlər haqqında” qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.

 

Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin yeni redaksiya heyəti təsdiqlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV