ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyasını İkinci dünya müharibəsi ilə müqayisə edib.
Modern.az xəbər verir ki, D.Tramp bunu Ağ Evdə brifinq zamanı koronavirus pandemiyasını ABŞ-ın Pörl Harbor bazasına hücumla müqayisə edib.
ABŞ prezidenti bildirib ki, koronavirus ölkə tarixində baş vermiş ən iri hücumdur:
“Biz ölkəmizə ən dəhşətli hücumun şahidi olduq, bu, qarşılaşdığımız ən pis hücumdur. Bu, Pörl Harbordan da, 9 sentyabrdan da daha dəhşətlidir”.
ABŞ Prezidenti əlavə edib ki, bu pandemiyanın qarşısını elə mənbəyindəcə almaq olardı.