Türkiyədə son sutka ərzində daha 57 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 3 641 nəfərə çatıb:
"Bu gün ölkədə 30 395 şübhəli koronavirus testindən keçib, onlardan 1 977 nəfərin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 133 721 nəfərə çatıb. Müalicə olunan 4 782 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 82 984 nəfəri koronavirusdan müalicə olunub".