Modern.az

Koronavirus pandemiyası dövründə ən çox zərərçəkən şəxs - FOTO

Koronavirus pandemiyası dövründə ən çox zərərçəkən şəxs - FOTO

Aktual

7 May 2020, 20:51

Koronavirus pandemiyası dövründə ən çox maddi zərərə düşən şəxsin adı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, həmin şəxs Louis Vuitton Moët Hennessy fransız şirkətinin sahibi Bernar Arnodur. Bernar Arno pandemiya dövründə 30 milyard dollardan çox itki ilə üzləşib. Bu isə bir nəfərəin itirəcəyi maksimal məbləğdir. Məhdudlaşdırıcı tədbirlər səbəbindən biznesmenin mağazalarının əksəriyyəti bağlanıb. Bundan başqa, LVMH-nin səhmlərinin dəyəri 19 faiz azalıb.

Şirkətin direktoru Jan-Jak Qioninin sözlərinə görə, LVMH-nin gələcəyi satışların üçdə birini təşkil edən Çin bazarından asılıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV