Modern.az

Azərbaycanda 175 910 nəfər koronavirus testindən keçirilib

Azərbaycanda 175 910 nəfər koronavirus testindən keçirilib

Aktual

7 May 2020, 21:53

Bu gün Azərbaycanda 6120 koronavirus testi həyata keçirilib.

Modern.az  xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 175 910 test həyata keçirilib.

Hazırda reanimasiyada olan xəstə sayı 25, süni tənəffüs cihazında olan xəstə sayı 12 nəfərdir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2204, virusdan ölənlər 28, sağalan xəstə sayı 1551, aktiv xəstələrin sayı isə 625 nəfərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV