Moskvada sutka ərzində 51 nəfər koronavirusdan dünyasını dəyişib.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 956 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada 177 minə yaxın insan koronavirusa yoluxub. 1600-dən çox insan isə ölüb, 23 min nəfər sağalıb.