Modern.az

Tramp hər gün koronavirus testindən keçəcək

Tramp hər gün koronavirus testindən keçəcək

Aktual

8 May 2020, 09:00

ABŞ prezidenti Donald Tramp bildirib ki, hər gün koronavirus testindən keçəcək.

 

Modern.az məlumat verir ki, bu barədə Ağ Ev rəhbəri keçirdiyi mətbuat konfransında xəbər verib.

 

"Biz ABŞ-ın vitse-prezidenti Maykla Penslə  həftədə bir dəfə yoxlanılırdıq, bu, indi hər gün olacaq" deyə  Tramp  bildirib. O, həmçinin Ağ Ev əməkdaşlarından birinin koronavirusla yoluxduğunu təsdiqləyib. "Mənim bu centlmenlə çox məhdud əlaqəm var idi", - ABŞ prezidenti əlavə edib. 

 

Qeyd edək ki, ABŞ prezidentinin köməkçilərindən birinə koronavirus diaqnozu qoyulub. Prezidentin virusa yoluxan köməkçisi ABŞ-ın Hərbi Dəniz Donanmasının qulluqçusudur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV