Modern.az

ABŞ-da ölən gəncin nəşi Bakıya gətirilib

ABŞ-da ölən gəncin nəşi Bakıya gətirilib

Aktual

8 May 2020, 09:46

ABŞ-da avtomobilində dünyasını dəyişən azərbaycanlı gəncin nəşi Bakıya gətirilib.

 

Modern.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlunun nəşi ötən gün səhər saatlarında Bakıya gətirilib. Bu barədə ölən gəncin yaxınları bildiriblər. S.Hüseynov artıq torpağa tapşırılıb.

 

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlu, yükdaşıma şirkətində çalışırdı. Şimali Karolina ştatı Vilminqton şəhərinin Nyu Hanover rayonunun polis departamenti tərəfindən istintaq əməliyyatları aparılır. Yerli hüquq-mühafizə orqanları tərəfindən verilən ilkin məlumata əsasən, hadisə avtomobildən çıxan işlənmiş qazların avtomobilin kabinasına sızması nəticəsində baş verib. Mərhum avtomobilinin arxa kabinasında yatdığı zaman boğulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV