Azərbaycanda imtahanlar zamanı səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyət əvvəlcədən hazırlanmalıdır.
Modern.az-ın məlumatına görə, bu barədə TƏBİB-in imtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilkatikasına dair metodiki göstərişlərində bildirilib.
Qeyd edilib ki, imtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslər təmin olunmalıdır.
Eyni zamanda bildirilib ki, şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanlar təşkil edilməlidir. İmtahan mərkəzləri tibbi maskalarla təchizatı və hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsi təmin edilməlidir.
İmtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsi, iştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamaları və imtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsi təmin edilməlidir.