Modern.az

Göygöldə gənc naməlum şəraitdə bıçaqlanıb

Göygöldə gənc naməlum şəraitdə bıçaqlanıb

Aktual

11 May 2020, 22:14

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşıq Ələsgər kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Bayramov Eşqin Qaçay oğlu sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Cinayətin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu