Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.
1967-ci il təvəllüdlü Quliyev Sərdar İsmayıl oğlu tanıdığı şəxslə mübahisə zamanı bıçaqlanıb.
Yaralı bədəninin çox saylı bıçaq xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.